e-Xeber

Operativ Xəbər Portalı

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində

Azərbaycan çempionu “Qarabağ” Polşada meydana çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda səfərdə Polşa “Legiya”sının qonağı olub. Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilən qarşılaşma “Qarabağ”ın 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.  Pley-off mərhələsi bir oyundan ibarət olduğu üçün bu zəfər ağdamlıları 6-cı dəfə Avroliqanın qrup mərhələsinə daşıyıb. Avropa Liqasında qrup mərhələsinin püşkü oktyabrın 2-də atılacaq.

UEFA Avropa Liqası, pley-off mərhələsi1 oktyabr22:00. “Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan) 0:3(Patrik Andrade, 50, Abdulla Zubir, 62, Filip Ozobiç, 70)