e-Xeber

Operativ Xəbər Portalı

“Qarabağ”ın Avroliqadakı rəqibləri müəyyənləşdi: İspaniya, İsrail, Türkiyə…

Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 48 komanda 12 qrupa bölünüb.
Azərbaycanın yeganə təmsilçisi “Qarabağ” 2-ci səbətdə yer alıb. Püşk komandamızı I qrupuna salıb. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv İspaniyanın “Vilyarreal”, İsrailin “Makkabi” və Türkiyənin “Sivasspor” klubuları ilə rəqib olub. A qrupuRoma (İtaliya)Yanq Boyz (İsveçrə)ÇFR (Rumıniya)ÇSKA (Sofiya, Bolqarıstan)
B qrupuArsenal (İngiltərə)Rapid (Avstriya)Molde (Norveç)Dandolk (İrlandiya)
C qrupuBayer (Almaniya)Slaviya (Çexiya)Hapoel (Beer-Şeva, İsrail)Nitsa (Fransa)
D qrupuBenfika (Portuqaliya)Standard (Belçika)Reyncers (Şotlandiya)Lex (Polşa)
E qrupuPSV (Niderland)PAOK (Yunanıstan)Qranada (İspaniya)Omoniya (Kipr)
F qrupuNapoli (İtaliya)Real Sosyedad (İspaniya)Alkmaar (Niderland)Riyeka (Xorvatiya)
G qrupuBraqa (Portuqaliya)Lester (İngiltərə)AEK (Yunanıstan)Zarya (Ukrayna)
H qrupu Seltik (Şotlandiya)Sparta (Çexiya)Milan (İtaliya)Lill (Fransa)
I qrupuVilyarreal (İspaniya)Qarabağ (Azərbaycan)Makkabi (Təl-Əviv, İsrail)Sivasspor (Türkiyə)
J qrupuTottenhem (İngiltərə)Ludoqorets (Bolqarıstan)LASK (Avstriya)Antverpen (Belçika)
K qrupuÇSKA (Moskva, Rusiya)Dinamo (Xorvatiya)Feyenoord (Niderland)Volfsberq (Avstriya)
L qrupuGent (Belçika)Srvena Zvezda (Serbiya)Hoffenhaym (Almaniya)Slovan (Slovakiya)
Qeyd edək ki, qrup mərhələsinin iştirakçılarından 18-i birbaşa, 21-i Avropa Liqasının pley-off mərhələsi vasitəsilə, 6-sı Çempionlar Liqasının pley-off, 3-ü isə III təsnifat mərhələsində Liqa Yolunda uduzanlardan ibarətdir. Oyunlar oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.