Dünya birjalarında neft qiymətlərində sürətli bahalaşma davam edir.
“Brent” markalı xam neftin bir barreli daha 4,96 dollar bahalaşaraq, 34.65 dollara qalxıb. Yüngül neft isə hazırda 29 dollaradır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEK+ ölkələrinə təcili toplaşmaqla bağlı çağırış etmişdi. Azərbaycan Energetika Nazirliyi isə OPEK+ ölkələrinin görüşünün 6 apreldə keçirilməsinin planlaşdırılmasına dair bəyanat yaymışdı.
Bu açıqlamaların ardınca neft qiymətlərində sürətli artım davam edir.
***
Hazırda “Azeri Light” markalı Azərbaycan neftinin bir barreli 24,14 dollaradır.
Daha Çox Xəbərlər
Virusun çökdürdüyü iqtisadiyyat nə vaxt ayağa qalxacaq? – BÖHRAN
Mərkəzi Bankın valyuta hərracında dollara tələb kəskin azaldı
Yaşıllaşdırma aksiyası davam edir: Cəngidə 2 min ağac əkilib