e-Xeber

Operativ Xəbər Portalı

Azərbaycanda 63 yeni yoluxma hadisəsi qeydə alındı

Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.