e-Xeber

Operativ Xəbər Portalı

Skype Meet Now: Qeydiyyata və tətbiqə ehtiyac duymadan videokonfrans yaratmaq üçün servis

Skype tərtibatçıları Meet Now adlı yeni faydalı servisi anons ediblər. Bu barədə Gagadget saytı xəbər verib. Bu servis Skype tətbiqini yükləmədən və qeydiyyatdan keçmədən videokonfransların yaradılmasını mümkün edir. Bunun üçün Meet Now səhifəsinə daxil olmaq və “Pulsuz yığışmanı yaratmaq” düyməsinə klik etmək lazımdır. Bundan sonra servis xüsusi linki generasiya edəcək və istifadəçi həmin linki həmsöhbət olmaq istədiyi şəxsə göndərəcək.

Skype Meet Now: Qeydiyyata və tətbiqə ehtiyac duymadan videokonfrans yaratmaq üçün servis 1

Generasiya ediləcək link vasitəsilə videokonfransda 50-ə yaxın insan iştirak edə bilər. Linkin çalışma müddəti olmadığından onu həmişəlik istifadə etmək olar. Hələ ki, bu cür özəllik yalnız Microsoft Edge və Google Chrome brauzerlərində çalışır. Bundan əlavə olaraq Meet Now bütün platformalarda olan Skype tətbiqinə də inteqrasiya edilib. Servis artıq istifadəyə verilib.