e-Xeber

Operativ Xəbər Portalı

Yaşıllaşdırma aksiyası davam edir: Cəngidə 2 min ağac əkilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın bütün rayonlarında “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul” devizi altında yaz ağacəkmə aksiyaları davam etdirilir.

Cebhe.info-nun məlumatına görə, martın 7-də nazirliyin kollektivi rəhbərliklə birgə Cəngidə 2 hektar ərazidə 2000-ə yaxın müxtəlif cinsli ağac əkib. Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Martın 6-da isə Şabran rayonu ərazisində 3 hektarda 2000-dən çox şam ağaçı əkilib.

“Mövsümün sonunadək davamlı olaraq ağacəkmə aksiyaları bütün rayonlarda keçiriləcək və hər həftə ağac əkinləri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”-İ.İbrahimova bildirib.

Nazirlik sözçüsü qeyd edib ki, bir həftə ərzində respublika üzrə ümumilikdə 80 hektar ərazidə 94 620 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib, 4 349 hektar seyrək ərazidə isə bərpa işləri aparılaraq 113 mindən çox müxtəlif cinsli ağac və kol bitkiləri salınıb.

Ağac əkdiyimiz sahələrin böyük hissəsinə damcılı suvarma sistemi çəkilib.

Cebhe.info