e-Xeber

Operativ Xəbər Portalı

Bakının bu məhəlləsində 100-dən çox ağac əkildi – FOTOLAR, VİDEO

Bakının Xətai rayonunda yeni salınmış parkda 100-dən çox ağac əkilib.

Bu barədə Cebhe.info-ya “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi sədrinin müavini Şahin İsayev məlumat verib. Onun sözlərinə görə, ağaclar Nəsrəddin Tusi küçəsində salınmış yeni istirahət parkında əkilib:

“”Movida Plaza” şadlıq sarayı ilə 260 saylı məktəbin yaxınlığında yerləşən bu park yeni salınıb. Ərazidə yaşlı ağaclar budandı, torpaq örtüyü dəyişdirildi, dünən isə parkda 100-dən çox həmişəyaşıl küknar ağacı əkildi. Bu əraziyə əvvəllər tikinti işbazları, iş adamları tamah salmışdı. Lakin sakinlərin təklifi nəzərə alındı, bu ərazidə yeni istiharət parkı salındı. Görülən bu işlər Nəsrəddin Tusi küçəsinin sakinlərini razı salır”.

Bakının bu məhəlləsində 100-dən çox ağac əkildi - FOTOLAR, VİDEO 1
Bakının bu məhəlləsində 100-dən çox ağac əkildi - FOTOLAR, VİDEO 2
Bakının bu məhəlləsində 100-dən çox ağac əkildi - FOTOLAR, VİDEO 3

Aydın
Cebhe.info