e-Xeber

Operativ Xəbər Portalı

Moskvada inanılmaz qadağa başladı

Ölü sayı artdı: Moskvada inanılmaz qadağa başladı

Moskvada sabahdan (30 martdan) özünütəcridlə bağlı ev rejimi tətbiq olunacaq.

Axar.az xəbər verir ki. bu barədə Moskvanın meri Sergey Sobyaninin saytında məlumat yayılıb.

“Sabahdan başlayaraq, yaşından asılı olmadan Moskvanın bütün sakinləri üçün ev rejimi – özünütəcrid rejiminin tətbiqinə başlanılır”, – məlumatda qeyd edilib.

Bildirilir ki, evi yalnız təxirəsalınmaz tibbi xidmətə ehtiyac olduqda, həyat və sağlamlıqla bağlı birbaşa təhdid yarandıqda, məcburi qaydada işə getməli olduqda tərk etmək olar.

Eyni zamanda ən yaxın ərzaq mağazası və aptekə getmək, həyətdə ev heyvanını yaşadığın mənzildən 100 metr məsafədən artıq uzaqlaşmadan gəzdirmək, zibil atmaq olar.

Moskva ətrafında yaşayanlara da eyni qadağalar tətbiq olunub. Onlara vacib olmadıqda evdən çıxmamaq, digər insanlarla ən azı 1,5 metr məsafə saxlamaq göstərişi verilib.

Qadağa ən azı bir həftə qüvvədə olacaq.

Qeyd edək ki, bu gün Rusiyada 1534 koronavirusa yoluxma halı var, 9 nəfər bu virusdan ölüb.