“Apple” şirkəti “iPad” və “MacBook Air” seriyalarına aid yeni cihazlarını açıqlayıb.
Xeberler.az bildirir ki, yeni “iPad Pro” cihazı A12Z Bionic çipi, 8 nüvəli qrafikalı prosessor, 12 və 10 MP-lik iki kamera, LİDAR skanerilə təchiz olunub.
Yeni “iPad”ın daha bir xüsusiyyəti olan “Magic Keyboard” klaviaturası sayəsində cihazı noutbuk kimi bükmək olar. Birdəfəlik yüklənən enerji 10 saatlıq çalışması üçün kifayətdir.
ABŞ-da gələn həftə, klaviaturası isə may ayında bazara çıxarılacaq “iPad Pro” 11düyümlük opsionda 799 ABŞ dollarına, 12,5 düyümlük versiyada isə 949 ABŞ dollarına satılacaq.
13 düyümlük “MacBook Air” isə 4 nüvəli “İntel Core i7” prosessoru, 2 Tb-lik SSD toplayıcı, “Magic Keyboard” klaviaturası ilə təchiz olunub və 999 ABŞ dollarına satışa çıxarılacaq.
Daha Çox Xəbərlər
Skype Meet Now: Qeydiyyata və tətbiqə ehtiyac duymadan videokonfrans yaratmaq üçün servis
Dünyada koronavirusa yoluxanların sayı 1,154,845 nəfəri keçdi. Azərbaycanda daha 78 nəfər: yeni siyahı
65 il birgə yaşayan cütlük koronavirusdan eyni gündə öldü