ABŞ-da 65 il birgə yaşayan ər və həyat yoldaşı koronavirusdan bir neçə saat fərqi ilə dünyasını dəyişiblər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onların nəvəsi Stiven Neş özünün “Twitter” hesabında yazıb.
İllinoys ştatının Çikaqo şəhərindən olan cütlüyün altı övladı və 18 nəvəsi qalıb.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri bildirib ki, ölkədə koronavirusdan ölənlərin 80 faizi yaşı 65-dən yuxarı olanlardır.
Daha Çox Xəbərlər
Azərbaycanda 63 yeni yoluxma hadisəsi qeydə alındı
Azərbaycanda koronavirusla mübarizədə ordudan istifadə ehtimalı varmı?
Dünyada koronavirusa yoluxanların sayı 1,154,845 nəfəri keçdi. Azərbaycanda daha 78 nəfər: yeni siyahı