e-Xeber

Operativ Xəbər Portalı

Bu gündən Bakı metrosu beş saat işləyəcək

Xeberoxu.az xəbər verir ki, Koronavirusun ölkədə yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq xüsusi karantin rejimi martın 29-u saat 00:00-dan etibarən gücləndirilib.

Qərara görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Metronun isə fəaliyyət saatları azaldılıb.

Müşahidələrimiz zamanı əvvəlki günlərlə müqayisədə, metrodan istifadə edənlərin sayında azalmanın olduğu görünürdü.

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılıb. Eyni zamanda, bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılıb. Bunlarla yanaşı, bölgələrdə də rayonlararası hərəkət tam məhdudlaşdırılıb.